İran ABŞ-ı ittiham etdi: “İŞİD-i ABŞ dəstəkləyir”

İran İŞİD terror təşkilatı ilə bağlı dünya ictimaiyyətinə müraciət edib.

 

Dosye.org azvision.az-a istinadən xəbər verir ki, İranın xarici işlər naziri Cavad Zərif ABŞ rəhbərliyinin İŞİD-ə qarşı apardığı mübarizənin ciddi olmadığını iddia edərək terrorla mübarizə aparmaq üçün dünya ölkələrinə çağırış edib.

İranın dövlət televiziyasına açıqlama verən nazir ABŞ-ın İŞİD-i dəstəklədiyini bildirib.

 

“Amerikalılar indiyədək ikili standartlardan çıxış edərək siyasət həyata keçiriblər. Onlarım mübarizəsi ciddi deyil. ABŞ Suriyada uzun müddət İŞİD-ə dəstək verdi. İndi də nə edəcəklərinə qərar verə bilmirlər”.

COMMENTS