«İran bunu edərsə, Cənubi Azərbaycan məsələsi gündəmə gələ bilər…» — Ekspert danışır

«İran bunu edərsə, Cənubi Azərbaycan məsələsi gündəmə gələ bilər…» — Ekspert danışır

“İran Türkiyə ilə siyasi böhranı dərinləşdirməsi sonunda Tehranın öz əleyhinə çevriləcək. Ankaranın Suriyanın şimal-şərqində PKK/YPG terror təşkilatına qarşı antiterror əməliyyatı planlaması Tehranın sərt reaksiyasına səbəb olub”.

İctimaimedia.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Tehranda 7-ci Astana formatı çərçivəsində görüşün nəticəsiz başa çatması məhz YPG terror təşkilatına qarşı Ankaranın antiterror əməliyyatında israrlı olmasından irəli gəldi:

“Suriyanın şimal-şərqində PKK/YPG terror təşkilatı Türkiyənin suverenliyini təhdid edir. Qeyd edim ki, Tehran PKK və YPG terror təşkilatlarına baxışında Vaşinqtonla eyni mövqedən çıxış edir.

Tehran Türkiyənin İsraillə yaxınlaşması fonunda Yaxın Şərqdə geosiyasi mövqeyinin zəifləyəcəyini təhdid kimi görür. İraqda Türkiyə əleyhinə formalaşdırdığı etiraz aksiyaları, Suriyada TSK-ya qarşı terror hücumlarına başlanılacagı istisna deyil. Tehranın Ankaraya qarşı Suriyada və İraqda başlatdığı həmlələrə Türkiyə axıra kimi səbr etməyə bilər.

İranın Türkiyəyə qarşı düşmənçilik siyasəti, Cənubi Azərbaycan məsələsinin gündəmə gətirilməsi ilə nəticələnə bilər. Türkiyənin əlində İranı silkələyə biləcək Təbriz faktoru var. Əgər İran antitürkiyə siyasətini davam etdirsə, Cənubi Azərbaycanın ayağa qalxması istiqamətində düyməyə basıla bilər”.

DOSYE.ORG

COMMENTS