İran da İŞİD-i vurmaq üzrədir

İran “İraq Şam İslam Dövləti”nə o vaxt hücum edəcək ki, İŞİD silahlıları bu ölkənin sərhədlərinə yaxınlaşacaqlar. Musavat.com “The Daily Star”a istinadən xəbər verir ki, bunu İranın quru qoşunlarının komandanl general Əhməd Rza Purdastan bəyan edib.

 

“Əgər İŞİD İran sərhədlərinə yaxınlaşarsa, biz İraq ərazisinin dərinliklərinə zərbə endirəcəyik cə silahlıların sərhədimizə yaxınlaşmasına imkan verməyəcəyik”, – iranlı general bildirib.

O, əlavə edib ki, İran hərbçiləri sərhədə nəzarət edir və lazım olduğu an terrorçulara cavab verir: “Mən əminəm ki, İranın silahlı qüvvələri tam döyüş hazırlığındadırlar və ölkə əhalisi heç nədən narahat olmaya bilər”.

COMMENTS