İran maşını Türkiyədə qəza törətdi – 3 nəfər öldü

İran maşını Türkiyədə qəza törətdi – 3 nəfər öldü

İran nömrəli yük maşını Türkiyənin Hakkarı bölgəsində ağır qəzaya səbəb olub.

DOSYE.ORG TRT-yə istinadən xəbər verir ki, yük maşını əvvəlcə mikroavtobusla toqquşub, daha sonra onun qoşqusu avtobusa çırpılıb.

Qəza nəticəsində 3 nəfər ölüb, daha 3 nəfər yaralanıb. Hadisə yerinə xilasetmə qrupları və təcili yardım maşınları göndərilib. Yaralıların xəstəxanaya aparıldığı bildirilir.

COMMENTS