İran ötənilki terrorun intiqamını aldı – İŞİD-in 8 üzvünü asdı

İran ötənilki terrorun intiqamını aldı – İŞİD-in 8 üzvünü asdı

İranda ötən il parlamentə və inqilab lideri Ayətullah Xomeyninin məzarına hücum təşkil edən 8 İŞİD üzvü asılaraq edam edilib.

Məhkəmə hələ may ayından terrorçular barədə ölüm hökmü çıxarmışdı. Xatırladaq ki, ötən il iyunun 7-də İŞİD üzvlərinin Tehranda təşkil etdikləri bombalı və silahlı hücumda 17 nəfər həlak olmuşdu. Bu, İŞİD-in İranda təşkil etdiyi ilk terror aktı idi. (Qafqazinfo)

Dosye.org

COMMENTS