İran parlamentindən ŞOK QƏRAR: ABŞ ordusu və Pentaqon terror təşkilatı elan edildi – FOTO

İran parlamentindən ŞOK QƏRAR: ABŞ ordusu və Pentaqon terror təşkilatı elan edildi – FOTO

İran parlamenti ABŞ ordusunu və Pentaqonu terror təşkilatı kimi tanıyıb.

Publika.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusuna yaxınlığı ilə tanınan “Tasnim” yarı rəsmi xəbər agentliyi informasiya yayıb.

Bildirilib ki, Pentaqonu və ABŞ ordusunu terror təşkilatı kimi tanıyan qətnamə parlamentdə qəbul edilib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Baş komandanı Hüseyn Səlami isə ABŞ-ı dəstək verdiyi nöqtələri alovlandırmaqla təhdid edib.

Qeyd edək ki, qanun iranlı general Qasım Süleymaninin Bağdadda öldürülməsinə cavab olaraq qəbul olunub. “Washington Post” qəzetinin amerikalı diplomatlara istinadən verdiyi xəbərə görə, sui-qəsdin arxasında Dövlət Departamentinin rəhbəri Mayk Pompeo var və bu, onun üçün bürokratik zəfər hesab olunur.

DOSYE.ORG

COMMENTS