İran Rusiyadan kömək istədi – Koronavirusa görə

İran Rusiyadan kömək istədi – Koronavirusa görə

Tehran koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə rəsmi Moskvanın köməyinə ümid edir.

Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.

Qeyd edək ki, İranda koronavirusa yoluxma hallarının sayı 1 501-ə yüksəlib, 66 nəfər ölüb, 291 nəfər sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 71 ölkə və regionu əhatə edir. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 91 000-ə çatıb. Bunların 48 224 nəfəri sağalıb, 3 119 nəfəri isə ölüb./Report/

DOSYE.ORG

COMMENTS