İran Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlməyə hazırdır

İran Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlməyə hazırdır

Səudiyyə Ərəbistanı ilə vasitəli və ya vasitəsiz hər səviyyədə görüşməyə hazırıq.

Publika.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi deyib.

Mətbuat katibi bildirib ki, İraqda təşkil olunacaq forumda təkbətək və ya toplantı çərçivəsində Səudiyyə Ərəbistanı ilə müzakirələr aparıla bilər.

Pakistan, Almaniya, Yaponiya və İraqın iki ölkə arasında vasitəçilik missiyası həyata keçirmək istədiklərini dilə gətirən Musəvi Tehran hökumətinin bu tələblərə hər zaman müsbət cavab verdiyini deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft platfotmalarına edilən hücumda İran ittiahm edilirdi.

DOSYE.ORG

COMMENTS