“İran Suriyada hakimiyyətə gələn müxalif silahlı qrupları zorakılığı dayandırmağa və inklüziv hökumət yaratmaq üçün əhalinin bütün təbəqələri ilə dialoqa başlamağa çağırıb”.
Bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“İstənilən silahlı toqquşmaları mümkün qədər tez dayandırmaq, terror aktlarının baş verməsinin qarşısını almaq və bütün xalqın maraqlarını təmsil edən inklüziv hökumət yaratmaq üçün milli dialoqa başlamaq lazımdır. İran Suriyadakı oyunçuların hərəkətlərini nəzərə alaraq baş verən hadisələri diqqətlə izləyir və bununla bağlı müvafiq yanaşma hazırlayacaq”, – XİN-in bəyanatında vurğulanıb.
Müşviq Tofiqoğlu
COMMENTS