İran tərəfi iki məsələdə mövqeyində düzəliş etsə… – Fazil Mustafadan İran dövlətinə mesaj

İran tərəfi iki məsələdə mövqeyində düzəliş etsə… – Fazil Mustafadan İran dövlətinə mesaj

Bunlar yoluna qoyulsa, niyə mehriban, səmimi qonşular olmayaq?

“Mən İran tərəfinin minnətdarlığındakı səmimiyyətə şübhə etmirəm”.

AzNews.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Xəzər dənizində İrana məxsus yük gəmisinin 9 nəfərlik heyətinin Azərbaycan sərhədçiləri və fövqəladə qoşunların təmsilçiləri tərəfindən xilas edilməsini şərh edərkən deyib.

O, qeyd edib ki, Azərbaycan İranla qonşudur, əgər orada hər hansı bir hadisə baş verərsə, yenə də imdadınıza ilk biz çatacağıq:

“Ötən gün Xəzər dənizində İrana məxsus yük gəmisinin 9 nəfərlik heyətinin Azərbaycanın sərhədçiləri və fövqəladə qoşunların təmsilçiləri tərəfindən xilas edilməsi özlüyündə ciddi bir rəmzi mənaya gətirib çıxarır. Biz Azərbaycan olaraq İranla qonşuyuq, əgər batarsanız, yenə də birinci imdadınıza biz qoşacağıq. Bizdə də əminlik olmalıdır ki, Allah etməsin, batmış olsaq, imdadımıza qonşu kimi siz yetişəcəksiniz. Mən İran tərəfinin minnətdarlığındakı səmimiyyətə şübhə etmirəm. Azərbaycan tərəfinin atdığı insani addıma insani bir cavabdır. Sadəcə İran tərəfi iki məsələdə mövqeyində düzəliş etsə, münasibətlərin daha da etibarlı olması qaçılmazdır. Birincisi, ermənilərə dirsək göstərə bilsə, ikincisi də bizim ölkəmizdəki agenturasını dini xurafatı, geriçiliyi təbliğ etməkdən çəkindirsə. İranın özündə belə bu qədər xəstə düşüncəlilər qalmayıb, bizdə isə sayları durmadan artır. Bunlar yoluna qoyulsa, niyə mehriban, səmimi qonşular olmayaq? Hətta aramızda vizanı da tezliklə götürmək mümkündür”.

DOSYE.ORG

COMMENTS