Uzun müddətdir Türkiyədə yaşayan iranlı qadın Sanaz Cəlilinin sığınacaq istəyi rədd edildikdən sonra həyatına son qoyub.
Musavat.com xəbər verir ki, 7 il əvvəl Türkiyəyə gələn iranlı qaçqın Sanaz Celili sığınacaq müraciəti rədd edildiyi üçün intihar edib.
Türkiyənin Miqrasiya İdarəsi tərəfindən İrana deportasiya edilməsinə qərar verilib. Antalyada yaşayan 34 yaşlı Sənaz mayın 1-i çərşənbə günü axşam saatlarında həyatına son qoyub.
Sanazın anası bildirib ki, qızı son vaxtlar qeyri-müəyyənlik və İrana ekstradisiya oluna bilməsi səbəbindən psixoloji təzyiq və zorakılıqla üzləşib.
COMMENTS