Top.Mail.Ru

İranda daha 11 millət vəkili koronavirusa yoluxub

İranda daha 11 millət vəkili koronavirusa yoluxub

İranda 11 millət vəkilinin koronavirus testi müsbət nəticə verib.

Yenisabah.az bildirir ki, bu barədə ILNA xəbər yayıb.

Məlumata görə, ölkədəki bütün millət vəkilləri və parlament əməkdaşları COVID-19 testindən keçirilib. Nəticələr hələlik tam açıqlanmayıb. Daha 50 millət vəkilinin testinin müsbət çıxacağı ehtimal edilir.

Bundan əvvəl parlamentin 23 deputatında koronavirus aşkarlanmışdı.

DOSYE.ORG

COMMENTS