İranda jurnalist həbs edildi

İranda jurnalist həbs edildi

İranda şagirdlərin zəhərlənməsi barədə məlumat yayan jurnalist Əli Purtəbatəbayi həbs edilib.

Axar.az xəbər verir ki, “Qum Nyus” saytının təsisçilərindən olan jurnalist martın 5-də saxlanılıb.

Üç aydır İranda şagirdlərin zəhərlənməsi ilə bağlı davamlı məlumat yayan və məsələni araşdıran jurnalistin həbsi media fəallarının etirazları ilə qarşılanıb.

COMMENTS