İranda prezident seçkiləri ilə bağlı son sorğu – Azərbaycanlı namizəd birincidir

İranda prezident seçkiləri ilə bağlı son sorğu – Azərbaycanlı namizəd birincidir

İSPA rəy sorğusu mərkəzi prezident seçkiləri ilə bağlı keçirilən son sorğunun nəticələrini açıqlayıb.

“AzPolitika” xəbər verir ki, sorğunun nəticələrinə görə, Təbriz şəhərini İran parlamentində təmsil edən güneyli millət vəkili Məsud Pezeşkianın reytinqi heyrətamiz şəkildə artıb və sorğuda iştirak edən respondentlərin əksəriyyəti prezident seçkilərində Məsud Pezeşkina səs vermək istədiklərini bildiriblər.
İSPA mərkəzinin “Seçkilər indi keçirilsəydi, prezidentliyə namizədlərdən hansına səs verərdiniz?” başlıqlı sorğusunda Məsud Pezeşkian 33,1% ilə ilk sırada yer alıb.

İkinci sırada 28,8% ilə İranın dini liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, üçüncü sırada isə 19,1% ilə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf qərarlaşıb.

COMMENTS