İranın vitse-prezidenti Əmir Hüseyn Qazizadə Haşimi prezident seçkilərində namizədliyini geri çəkib.
Bu bardə o, X sosial şəbəkəsində açıqlama yayıb: “İnqilab qüvvələrinin birliyini qorumaq üçün və İslam İnqilabı Qüvvələrinin Koalisiya Şurasının, eləcə də bəzi üləma və rəğbətli şəxslərin xahişinə cavab olaraq, seçkidə iştirakdan imtina etdim. Ümid edirəm ki, digər üç qardaşım fürsətdən istifadə edərək inqilabı gücləndirəcəklər”.
Qazizadə Haşiminin sözlərinə görə, indi onun vəzifəsi ölkənin maraqlarını qorumaqdır.
COMMENTS