Top.Mail.Ru

İranda terror təşkilatının üzvləri məhv edildi

İranda terror təşkilatının üzvləri məhv edildi

İranın Xuzistan vilayətində keçirilən xüsusi əməliyyat zamanı “Əl-Əhvaz” terror təşkilatının 8 üzvü məhv edilib.

AzərTAc bildirir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) generalı Heydər Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, silahlı qruplaşma ötən 6 ay müddətində Xuzistan vilayətində ağır cinayətlər törədiblər. Terrorçular polis zabitini qətlə yetirib, Sepah bazalarına, dini təhsil verən məktəblərə silahlı basqınlar ediblər. Silahlıların evlərində və iş yerlərində aparılan axtarış zamanı “Əl-Əhvaz” terror təşkilatının bayrağı tapılıb.

H.Abbaszadə nəzərə çatdırıb ki, hazırda istintaq aparılır və terror təşkilatı ilə əlaqəli olan adamlar müəyyən edilir.

DOSYE.ORG

COMMENTS