İrandakı təyyarə qəzasında ölənlər arasında Azərbaycan vətəndaşları varmı?

İrandakı təyyarə qəzasında ölənlər arasında Azərbaycan vətəndaşları varmı?

Azərbaycanın Tehrandakı səfirliyindən verilmiş ilkin məlumata görə, İranda baş vermiş təyyarə qəzasında həlak olanlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı informasiya daxil olmayıb.

Bu barədə virtualaz.org-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib. Onun sözlərinə görə, səfirlik tərəfindən məsələ nəzarətdə saxlanılır.

Qeyd edək ki, bu gün səhər saatlarında İranda Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı hava gəmisində 180 sərnişin olub. Onların hamısının həlak olduğu bildirilib.

DOSYE.ORG

COMMENTS