İrandan İŞİD-ə xəbərdarlıq: Müqəddəs türbələrə yaxınlaşarsa…

İranın dini lideri Ayətullah Əli Xameneyinin yüksək hərbi məsləhətçisi general-mayor Yəhya Rəhim Səfəvi Elborz əyalətində qatıldığı bir toplantıda Tehran rəhbərliyinin İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasını İraqdakı müqəddəs türbələr mövzusunda xəbərdar etdiyini söyləyib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Səfəvi deyib ki, İŞİD hərbçiləri İraqda müqəddəs məkanlara gəlmək istəyəndə İran tərəfindən xəbərdar edilib:

“Təşkilata bu türbələrə yaxınlaşarsa, birbaşa müharibəyə başlayacağımız mesajını çatdırdıq. İŞİD İran qüvvələrinə qarşı çıxmayacağını bilir”.

İraqda şiələr üçün müqəddəs sayılan türbələr, Kərbəla, Nəcəf, Kazimiyye və Samara şəhərlərində yerləşir. “Bəziləri İranın nə səbəbdən Suriya və İraqı dəstəklədiyi sualını verir. Əgər İŞİD caniləri ilə sərhədlərimiz xaricində müharibə etməsək, bu terrorçularla sərhədlərimiz yaxınlığında gələcəkdə savaşmaq məcburiyyətində qalacağıq” , – deyə general xəbərdarlıq edib.

COMMENTS