İran parlamentinin sədri Əli Laricani Qarabağdakı son gərginliyə toxunub.
Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Moskvada rusiyalı həmkarı Sergey Narışkinlə görüşən iranlı skiper bölgədə Qarabağsız da vəziyyətin gərgin olduğunu xatırladıb.
“Bizə daha bir müharibə lazım deyil. Mən bu məsələni Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə etmişəm. İran və Rusiya digər ölkələrlə əməkdaşlıq edərək Dağlıq Qarabağda yeni savaşın olmasına yol verməməlidir”.
COMMENTS