İrandan Türkiyəyə böyük HƏDƏ: “Suriya türk əsgərlərinin məzarına çevriləcək”

İran Şura Məclisinin (parlament) Milli təhlükəsizlik və xarici siyasət komissiyası sədrinin müavini Mənsur Həqiqətpur Türkiyəyə diplomatik həddləri aşan xəbərdarlıq göndərib.

Modern.az saytı İran KİV-nə istinadən xəbər verir ki, Mənsur Həqiqətpur Türkiyənin Suriyaya girmə ehtimalları şərh edib.
Türkiyənin Suriyaya girmək üçün neytral zona yaratması siyasətini tənqid edən iranlı deputat bəyan edib:

“Bu, Türkiyədəki yeni Osmanlı nəzəriyyəçilərinin etdiyi böyük bir xəta olacaq. Türkiyə Suriyaya girmək haqqında qərar verəcəksə, bu ən böyük dəli addım olacaq”.

Komissiya rəsmisi hədələyici tonda bildirib ki, İran Suriyanın Türk əsgərlərinin məzarlığına dönməsini istəmir.

Mənsur Həqiqətpur İŞİD terror təşkilatının Türkiyə üçün böyük təhlükə olduğunu da vurğulayıb:

“Ankara İŞİD-in Türkiyəyə qarşı döyüşməcəyini zənn edirsə, yanılır. İŞİD-in Trükiyə daxilində həyata keçirmək istədiyi təxribatlar narahat edicidir. Türkiyə sərhədlərindən kənarda yandırılacaq atəş isə Türkiyəni da yandırar”.

COMMENTS