İranın Azərbaycana qarşı təxribatına ABŞ-dan REAKSİYA

İranın Azərbaycana qarşı təxribatına ABŞ-dan REAKSİYA

ABŞ Dövlət Departamenti Azərbaycan və İran arasında gərginliyə münasibət bildirib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat brifinqində danışıb.

“Azərbaycan və İran arasında vəziyyətə gəlincə, əlbəttə ki, İran regionda zərərli aktor olub. Bu ölkə zərərli işlərlə, həm yaxın, həm də uzaq qonşularını təhdid edən fəaliyyətlərlə məşğul olur. Ona görə də biz belə gərginlikləri narahatlıqla izləyirik. Bizim yanaşmamız, daha əvvəl fərqli kontekstdə də bildirdiyim kimi, Cənubi Qafqazda Azərbaycanla, Ermənistanla əlaqələrimizə sərmayə qoymaqdan ibarət olub ki daha sabit, münaqişəyə və gərginliyə daha az meylli Cənubi Qafqaz regionuna nail olaq”, – Ned Prays qeyd edib.

COMMENTS