“İranın etdikləri öhdəliklərinə uyğun deyil”

“İranın etdikləri öhdəliklərinə uyğun deyil”

ABŞ və Rusiya İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına riayət etməkdə maraqlıdır.

Bakupost.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib.
Rusiya xarici işlər naziri Sergey Lavrovla nüvə proqramından danışdığını söyləyən Blinken Rusiyanın bu səylərin vacib iştirakçısı olduğunu vurğulayıb:
“Hansı mərhələdə olduğumuzu müzakirə etdik. ABŞ-ın razılaşmaya qayıtmaq öhdəliyi və İranın buna hazır olmasının vacibliyi müzakirə edildi”.
Blinken İranın nüvə proqramı ilə bağlı etdiklərinin öhdəliklərinə uyğun gəlmədiyini qeyd edib.
DOSYE.ORG

COMMENTS