Top.Mail.Ru

İranın istənilən hücumuna 1000 dəfə artıq cavab veriləcək

İranın istənilən hücumuna 1000 dəfə artıq cavab veriləcək

Ağ Ev rəhbəri Donald Tramp mətbuatda İranın guya ABŞ-a qarşı terror aktı hazırlaması ilə bağlı məlumatlara münasibət bildirib.

“İranın ABŞ-a istənilən hücumu, hansı üsulla edilməsindən asılı olmayaraq İrana hücumla qarşılanacaq və 1000 dəfə daha artıq olacaq”, – Tramp bildirib.

Xatırladaq ki, “Politico” nəşri İran rəhbərliyinin İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ-ın Cənubi Afrika Respublikasındakı səfiri Lana Marksa sui-qəsd təşkil edilməsi imkanlarını nəzərdən keçirdiyini iddia edib.

DOSYE.ORG

COMMENTS