İranla sərhəddə insident – Fotolar

İranla sərhəddə insident – Fotolar

Mayın 7-də DSX qoşunlarının Göytəpə sərhəd dəstəsi Cəlilabad rayonunun Qarakazımlı kəndi yaxınlığında şübhəli şəxslər müəyyən edib.

“Qafqazinfo” xəbər verir ki, sərhəd zastavasının xidmət sahəsində 2 nəfərin olduğu VAZ-21011 markalı 10-NF-619 dövlət nömrə nişanlı avtomobild gizli bağlama götürərək oradan uzaqlaşmağa cəhd edb. Qoşunların “dayan“ əmrinə tabe olmasalar da, sayıqlıq nəticəsində onlar saxlanılıb.

Saxlanılan şəxsin 1983-cü il təvəllüdlü Cəlilabad rayonunun Kövüzbulaq kənd sakini Zamanov Daxil Möhbalı oğlu olması müəyyənləşdirilib. Əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kiloqram 10 qram “heroinə” oxşar narkotik vasitə aşkar olunaraq götürülüb.

D.Zamanovun sərhədçilər tərəfindən tutulmasını müşahidə edən avtomobilin sürücüsü xidmətdə olan sərhəd naryadına avtomobil ilə xəsarət yetirərək hadisə yerin­dən uzaqlaşmağa çalışıb.

İdarə etdiyi avtomobil ilə hadisə yerindən qaçmış şəxsin saxlanılması istiqa­mə­tində Daxili İşlər Nazirliyinin Cəlilabad rayon polis şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Cəlilabad rayonunun ərasində saxlanılıb. Saxlanılmış şəxsin 1987-ci il təvəllüdlü Süleymanov Vasif Fədail oğlu olması və əvvəllər narkotik vasitələrin istifa­dəsinə görə məhkum edilməsi müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DOSYE.ORG

 

COMMENTS