Müqtəda əs-Sədrin “Mehdi Ordusu” Tikritin qərbində İŞİD qüvvələri ilə savaşır
İraq ordusu və könüllü özünümüdafiə dəstələri İŞİD qüvvələrinə qarşı hücumları intensivləşdirir.
Türkiyə telekanallarının məlumatına görə, Amirli, Süleymanbəy və Tuzhurmatı qəsəbələrindən İŞİD-i sıxışdırıb çıxaran İraq ordusu və könüllülər Tikritə hücum edib.
İŞİD qüvvələrinin son hücumlarda ağır itkilər verdiyi bildirilir. Məlumatda o da qeyd olunur ki, Müqtəda əs-Sədrin rəhbərlik etdiyi “Mehdi Ordusu” qüvvələri Tikritin qərbində yerləşən İŞİD birliklərini sıxışdırıb. İntensiv döyüşlər hazırda Tikritin qərbində davam edir.
Bu arada bir neçə ay İŞİD-in nəzarətində olan Mosul şəhərində İŞİD yaraqlıları tərəfindən qətlə yetirilənlərin kütləvi məzarlıqları aşkarlanıb.
Kütləvi məzarlıqlarda qadın, uşaq və gənc olmaqla müxtəlif yaş qrupundan olan insanların cəsədləri tapılıb. (Musavat.com)
COMMENTS