İraqa əlavə hərbçi göndərilir

Böyük Britaniya İŞİD-lə mübarizə aparmaq üçün Bağdada 125 əsgər yollayacaq
Almaniyada “Böyük Yeddilik” (G7) ölkələrinin dövlət və hökumət başçılarının görüşü davam edir.

ANS PRESS-in məlumatına görə, iyunun 8-də keçirilən görüşdə əsasən terrorçuluqla mübarizə və iqlim dəyişikliyi məsələləri müzakirə olunub.

ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya rəhbərlərinin iştirak etdiyi görüşə İraqın baş naziri Haydar əl Abadi və Nigeriya prezidenti Qudlak Conatan da qatılıb. Söhbət zamanı İŞİD və Nigeriyadakı “Boko Haram” silahlı qruplaşmasına qarşı mübarizə tədbirləri diqqət mərkəzində olub.

Böyük Britaniyanın baş naziri Devid Kameron bildirib ki, Britaniya silahlı qruplaşmalarla mübarizə aparmaq üçün İraqa 125 əlavə hərbçi göndərəcək.

Xatırladaq ki, sammitin ilk günü Ukrayna münaqişəsi müzakirə olunub. ABŞ Prezidenti Barak Obama ilə Almaniya kansleri Angela Merkel Ukrayna ilə bağlı Minsk razılaşması tam yerinə yetirilməyənədək Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını söyləyiblər.

COMMENTS