İraqda 28 İŞİD-çi məhv edildi

İraqın Ənbar və Səlahəddin vilayətlərində İŞİD (DAİŞ) terror qruplaşması mövqelərinə hücum təşkil edilib.

ANS PRESS-in məlumatına görə, İraqın təhlükəsizlik mənbələrinin yaydığı xəbərdə Səlahəddinin Bəyci adlanan rayonunda 15, Fəllucə və əl-Kərmədə isə hərbçilər arasında baş verən döyüşlərdə 8 terrorçu məhv edildiyi bildirilir.

Bundan əlavə, Bağdad bələdiyyəsi məclis sədri Malullah əl-Ubeydi Ənbarda ABŞ koalisiyasının hava hücumun nəticəsində 5 İŞİD-çinin öldürüldüyünü söyləyib.

Xatırladaq ki,ötən il iyunun 10-da İŞİD terrorçularının Mosulu ələ keçirməsilə başlayan döyüşlər, hələ də İraqın başqa şəhərlərində davam edir.

COMMENTS