İraqda 30 İŞİD terrorçusu öldürüldü

Koalisiya qüvvələrinin hava hücumları və Xalq Birliyi silahlılarının keçirdiyi əməliyyatlar zamanı İraqın Hit mahalında 30 İŞİD üzvü öldürülüb, 20-i yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə əməliyyatlara rəhbərlik edən general Ziya Kazım məlumat verib. Onun sözlərinə görə, əməliyyatlar zamanı Hitin qərbində 5, Ramadi şəhərinin şərqində isə 1 bölgə terrorçulardan azad edilib.

COMMENTS