İraqda iki partlayış nəticəsində 20 nəfər ölüb

İraqın Mikdadiyə şəhərində törədilən iki partlayış nəticəsində azı 20 nəfər ölüb.
 
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, əvvəl terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb, daha sonra şəhərdə minalanmış avtomobil partladılıb.
 
Hadisə zamanı azı 50 nəfərin yaralandığı bildirilir.
 
Qeyd edək ki, Mikdadiyə paytaxt Bağdaddan 80 km şimal-şərqdə yerləşir. 

COMMENTS