Iraqın baş naziri: Türkiyə qoşunlarının çıxarılmasına dair razılaşmanın şərtlərinə əməl etmir

Rəsmi Ankara İraqın şimalından qoşunlarının çıxarılmasına dair razılaşmanın şərtlərinə əməl etmir.
 
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bunu  İraqın baş naziri Heydər əl-Abadi bəyan edib.
 
Onun sözlərinə görə, İraqa səfər edən Türkiyə rəsmiləri hərbçilərinin çıxarılmasını vəd etsələr də, türk hökuməti əldə olunan razılaşmaya hörmətsizliklə yanaşır. əl-Abadı Türkiyə hərbçilərin ölkənin şimalından dərhal çıxarılmasına çağırıb. 
 
Qeyd edək ki, Türkiyə dekabrın 4-də 130 hərbçidən, tanklardan və artilleriyadan ibarət birləşməsini İraqın Mosul şəhəri yaxınlığında yerləşdirib. Türkiyə rəhbərliyi bu addımın İŞİD hücumuna qarşı təhlükəsizliyi artırmaq məqsədi daşıdığını bildirib.  

COMMENTS