İrəvanın mərkəzində mitinq edənlər yeni etiraz hərəkatına başlayıblar.
ANS PRESS-in məlumatına görə, “İnterfaks” xəbər verir ki, bu barədə hərəkatın informasiya məsələləri üzrə məsulu Devid Sansaryan bildirib.
“Hələ ki, adımız yoxdur. Lakin bunun formal hissəsi yox tərkibi vacibdir. Hazırki vəziyyət üçün ən əsas amil vətəndaş hərəkatının düzgün formalaşdırılmasıdır”- deyə Sansaryan bildirib.
Sansaryan eləcə də əlavə edib ki, yeni hərəkat artıq yeni komitələrini yaratmağa nail olub və bunun üçün “sonrakı mübarizə üçün əsaslar” yaradılmasında “Talana yox” təşkilatçılarına təşəkkürünü bildirdi. Bundan əlavə o yeni hərəkatın digər tələblər irəli sürəcəyini qeyd edib.
COMMENTS