Müsavat partiyasının keçmiş başqanı İsa Qəmbər bugünki mitinqdə ciddi riyazi səhvə yol verib.
O, çıxışında deyib: “Əgər hər ailədə orta hesabla 5 nəfər olsa, 10 milyonluq Azərbaycanda orta hesabla 5 milyon ailə var”.
Sabiq başqan bu çıxşı ilə riyazi biliklərinin heç də yaxşı olmadığını ortaya qoyub. Belə ki, 10 milyonu 5-ə bölməklə 5 milyon hasil edən İ.Qəmbər görünür Riyaziyyat dərslərindən “2” qiyməti alıb.
Adi hesablama aparmaq üçün Riyaziyyat müəllimi olmaq lazım deyil. Müsavatın baş biləninin dediyi kimi 10 milyonu 5-ə böləndə 5 milyon deyil, 2 milyon edir. Yəni hər ailədə orta hesabla 5 nəfər olsa, 10 milyonluq Azərbaycanda orta hesabla 2 milyon ailə var.
Maraqlıdır ki, İsa Qəmbər 5 milyon söhbətini çıxışı zamanı bir neçə dəfə təkrar edib. (azvision)
COMMENTS