İşdən çıxarılan Abel Məhərrəmovun qızının şəxsi biznesi ortaya çıxdı

İşdən çıxarılan Abel Məhərrəmovun qızının şəxsi biznesi ortaya çıxdı

Eks-rektor Abel Məhərrəmovun ailəsi ilə bağlı yeni faktlar ortaya çıxıb.

Dosye.org bildirir ki, BiG.AZ-ın əldə etdiyi məlumata görə, Abel Məhərrəmovun qızı Nərminə Məhərrəmova Bakıda yerləşən “Qlobus” uşaq bağçasına rəhbərlik edir.

Məlumat üçün bildirək ki, “Qlobus” uşaq bağçasına 2010-2011-ci tədris ilində lisenziya verilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə noyabrın 15-də Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Dosye.org

COMMENTS