“İşdən özüm çıxmışam, bəzilərinin əlindən iş gəlməyəndə sözə keçir…” -Qalmaqallı bələdiyyə sədri…

“İşdən özüm çıxmışam, bəzilərinin əlindən iş gəlməyəndə sözə keçir…” -Qalmaqallı bələdiyyə sədri…

Xəbər verdiyimiz kimi bir müddət öncə saytımızda Neftçala rayon Xolqaraqaşlı kənd sakinlərinin bələdiyyə sədri Əlibala Səlimovla otlaq davasından bəhs edən şikayətini işıqlandırmışdıq.
Bələdiyyə sədri Əlibala Səlimovu bu məsələyə görə danışdırmağa razı sala bilib. Ə.Səlimov deyib ki, onu işdən icra başçısı çıxarmayıb, özü könüllü işdən çıxıb:
“Məni heç kim bələdiyyə sədri vəzifəsindən çıxarmayıb. Özüm iki aydır ki, bununla bağlı xahiş edirdim. İki dəfə iclas çağırmışam ki, bələdiyyə üzvləri məni çıxarmaq istəmirdi. Axırda sədr vəzifəsindən çıxmaq üçün çox xahiş etdim. Qaldı ki, örüş sahəsinə biz baxmırıq ki, buna görə də sakinlərlə problemimiz olsun. 1996-cı ildə islahat gedəndə iki kolxoz, iki kənd var bir ərazi nümayəndəliyi var idi. İslahat gedən dövrdə gərək torpaqlardan azaldıb örüş yeri saxlayaydılar. Amma çox təəssüflər olsun ki, örüş yeri saxlamayıblar. Bələdiyyədə isə 38 hektar örüş yeri var, onun 25 hektarı Neftçala su kanalının ərazisinə düşür. Üç hektar yarım şəhid ailəsinə verilib və qalanı da qalıb. Mən 47 ildir ki, bu kənddə işləyirəm. Bu kəndi yaratmışam, tikmişəm. İki məktəb, iki məscid və xəstəxana tikdirmişəm. Yol, bağ, park saldırmışam. Cənab prezident buna görə mənə iki medal verib.
Bəzilərinin əlindən iş gəlməyəndə sözə keçirlər. Dünən iclas çağırdım xahiş etdim ki, səhhətim əl vermir, əsəblərim korlanıb. Yerimi 25 yaşlı ali təhsilli bir gəncimizə vermişəm”.

COMMENTS