İsgəndərli oynadı, komandası heç-heçə etdi

İsgəndərli oynadı, komandası heç-heçə etdi

Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, həmyerlimizin çıxış etdiyi “Boluspor” 31-cu tur çərçivəsində öz meydanında “Bandırmaspor”la qarşılaşıb.

90 dəqiqə ərzində qapılara qol vurulmayıb – 0:0.

Vüsal da bu görüşün iştirakçısı olub. O, matça ehtiyat oyunçular skamyasından başlayıb və 71-ci dəqiqədə Ali Ulgenin əvəzinə meydana çıxıb.

Qeyd edək ki, “Boluspor” 45 xalla 8-ci yerdədir. 51 xala malik “Bandırmaspor” isə 5-cidir.

COMMENTS