İŞİD terror qruplaşması öz yaraqlılarının nəfsi ehtiyaclarının ödənməsi üçün üzdəniraq xəlifəlikdə, zəbt edilən Hələb əyalətində xüsusi nikah kontoru yaradıb. Musavat.com-in xarivci mənbəyə istinadən verdiyi məlumata görə, məqsəd “Allahın döyüşçüləri” – İŞİD-çilər üçün arvad axtarıb tapmaqdır.
Məlumata görə, işğal lunmuş ərazilərdə İŞİD üzvlərinə ərə getmək istəyən tənha və dul qadınlara xidmətdən istifadə təklif edilir. Radikal qruplaşmanın ofisi Hələb əyalətinin Əl-Bab şəhərində yerləşir.
O da bildirilir ki, terrorçulara və onların arvadlarına “xəlifəlik” üzrə toy səyahətinə çıxmaq imkanı da yaradılacaq.
COMMENTS