İŞİD insanları diri-diri basdırdı

İran İnsan Haqları Təşkilatı bu barədə açıqlama verib

 

İslamazeri.az-ın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, İraq İnsan Haqları Təşkilatının sədri Məhəmməd əl-Sudani İŞİD terror təşkilatı barədə qan donduran açıqlama verib.

Məhəmməd əl-Sudani açıqlamasında bildirib ki, 500-dən çox yezidi kürdünü qətl edən İŞİD terrorçuları, onların bəzilərini diri-diri basdırıb. Bu barədə əllərində sübutlar olduğunu vurğulayıb. Öldürülənlər arasında qadınların, uşaqların olduğu və cəm halda basdırıldığını o əlavə edib.

Məhəmməd Sudani 300 qadının da İŞİD tərəfindən qaçırıldığını deyib.

Sincardan qaçmağa məcbur olan 30 minə yaxın yezidinin Suriyaya keçdiyi, oradan isə yenidən İraqa təhlükəsiz bölgəyə qayıtdıqları bildirilib.

COMMENTS