IŞİD vəhşilərindən orqan alveri

IŞİD vəhşilərindən orqan alveri

Daha bir hərbi cinayət beynəlxalq ictimaiyyət tərəfindən susqunluqla qarşılanır

Suriyanın Rakka şəhərində hərbçilərin kütləvi şəkildə başlarının kəsildiyini görüntüləyən fotolar terrorçular tərəfindən tvitter səhifələrində paylaşılıb.

Ən dəhşətlisi isə başkəsənlərin məsələyə ironiya ilə yanaşması olub.

Faktxəbər-in verdiyi məlumata görə, İŞİD-in Avstraliya əsilli terrorçusu Xalid Şərruf tvitterdə bu fotonu yerləşdirərək, belə bir status yazıb: «Avstraliyada kiminsə orqana ehtiyacı varsa, xahiş edirəm, utanmayın, mən bədənin istənilən orqanını verməklə, kömək etməyə hazıram».

Hərbi cinayətin digər iştirakçısı və X.Şarrufun dostu Muhəmməd Əl-Omari da kəsilmiş başlarla fotolarını paylaşıb.

Melburn hökuməti hər iki şəxsin ötən ilin dekabr ayında döyüşlərə qatılmaq üçün İŞİD-in tərkibində Suriyaya yola düşdüklərini hesab edir.

COMMENTS