İŞİD-ə “kimyəvi silah” zərbəsi

İŞİD terror təşkilatının kimyəvi silahlar üzrə eksperti İraqda ABŞ koalisiyasının raket zərbələri nəticəsində həlak olub.

ANS PRESS-in məlumatına görə, Abu Malik adlı terroçu yanvarın 24-də Mosul yaxınlığında öldürüldüyü xəbər verilib. O öz təlimlərində İŞİD-çilərə kimyəvi silahlarla davranmağı öyrədirdi.

O İraqdakı əl-Qaida, sonra isə İŞİD-ə qoşulmazdan əvvəl keçmiş İraq lideri Səddam Hüseynin kimyəvi silahlar üzrə mühəndisi olub.

ABŞ hərbi qüvvələrindən bildirirlər ki, onun ölümü İŞİD-in kimyəvi silahlardan istifadə qabiliyyətinə ciddi zərbə olub.

Xəbər verilir ki, döyüş bölgələrində İŞİD-in xlorin qazından istifadə etdiyi barədə məlumatlar yayılıb.

O da bildirilir ki, İŞİD artıq kimyəvi silahlardan ibarət iri cəbbəxana yaradıb.

COMMENTS