“İŞİD-ə qarşı ən böyük koalisiya üçün İraqa gedirəm”

ABŞ Dövlət katibi Con Kerri gözlənilmədən İraqa səfər edib.

 

C.Kerrinin Bağdad səfəri zamanı İraq prezidenti Fuad Məsum, Baş nazir Heydərəl-Abadi, Xarici İşlər naziri İbrahim Cəfəri ilə görüşü gözlənilir. Bundan başqa, ABŞ Dövlət katibinin sünni vəşiələrin liderləri ilə də bir araya gələcəyi istisna olunmur.

Kerri səfər öncəsi “Dünyada İŞİD-ə qarşı ən böyük koalisiyanı yaratmaq üçün İraqa gedirəm”, – deyərək səfərinin əhəmiyyətini nəzərə çatdırıb (axar.az).

COMMENTS