İŞİD-ə qoşulan avstriyalı qızlardan biri ölüb

İŞİD-ə qoşulan avstriyalı qızlardan biri ölüb

ishid.jpg

Avstriyanın paytaxtı Vyanadakı evlərini tərk edərək, “İraq-Şam İslam Dövləti” (IŞİD) yaraqlılarına qoşulan iki qızdan biri ölüb. Bu barədə Avstriya Daxili İşlər Nazirliyinin sözçüsü Aleksandr Marakovits açıqlama verib.

Samra Kesinovic (16 yaş ) və Sabina Selimovic (15 yaş) adlı qızlar evlərini tərk edən zaman ailələrinə “cənnətdə görüşərik” məzmunlu məktub yazıb.
O zaman hər iki qız Interpol tərəfindən axtarışa verilmişdi.
Qeyd edək ki, Avstriyadan İŞİD-ə qatılanların sayı 130 nəfər çatıb.(Lent.az)

COMMENTS