İŞİD-ə qoşulan kosovolu Süleymanı öldürüldü

İŞİD-ə qoşulan kosovolu Süleymanı öldürüldü

Suriyada İraq-Şam İslam Dövləti (İŞİD) terrorçularından olan Lavdrim Muhacerinin müavini Priştinada doğulan Basri Süleymanı koalisiya qüvvələrinin bombardmanı  nəticəsində öldürülüb.

Modern.az xarici mediaya istinadən bildirir ki, 2014-cü ildə iki uşağı və arvadını ataraq İŞİD-ə qoşulan Süleymanı Kosovonun gündəminə gəlib.

Kosovo rəsmilərinin verdiyi məlumata görə, bu günə qədər İŞİD-ə qoşulan 47 kosovolu həyatını itirib. İŞİD cərgələrinə qatılanlar arasında 300 qədər də alban var.

COMMENTS