İŞİD-ə 154 zərbə endirildi

İŞİD-ə 154 zərbə endirildi

Terrorçu qruplaşmanın mövqelərinə silsilə hücumlar təşkil edilib

 

ABŞ ordusu İraqda terrorçu qruplaşmanın mövqelərini vurmağa davam edir.

Anspress-in məlumatına görə, ABŞ ordusu tərəfindən İraqın Ərbil şəhəri yaxınlığında yerləşən İŞİD terror qruplaşmasına aid mövqelərə hava hücumları təşkil edib.

Amerika Birləşmiş Ştatları (ABŞ) Silahlı Qüvvələri Mərkəzi Komandanlığı verdiyi açıqlamada qırıcı təyyarələrlə həyata keçirilən hücumlarda İŞİD-ə aid döyüş əhəmiyyəti olan texnikalardan birinin məhv edildiyi və terrorçu qruplaşmaya aid nəzarət məntəqəsinin də zərbələrə məruz qoyulduğu bildirilir.

Əməliyyatı uğurla başa çatdıran qırıcı təyyarələr daha sonra həmin bölgədən təhlükəsiz şəkildə uzaqlaşıblar. Bundan başqa, ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı ordunun avqustun 8-dən bəri İraqda 154 hava hücumu təşkil etdiyi barədə məlumat verib.

Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama orduya İŞİD terror təşkilatına qarşı hava hücumlarının həyata keçirilməsi üçün tam səlahiyyət verib.

COMMENTS