“İŞİD-ə qarşı ABŞ-la əməkdaşlıq etməyəcəyik” – İran

İran Baş Qərargah rəisinin müavini Məsud Cəzayiri İranın İŞİD-lə mübarizədə ABŞ-la əməkdaşlıq etməyəcəyini deyib.

“Fars” agentliyinə müsahibə verən Cəzayiri İran və ABŞ-ın İŞİD məsələsində əməkdaşlıq etməsinin mümkünsüzlüyünü dilə gətirib.

“İŞİD-i quran ABŞ olub. İran isə bu təşkilata qarşı çıxıb”.

Cəzayri İŞİD-in İran sərhədlərinə hücum etmə məsələsinə də toxunub. Silahlı qüvvələrinin güclü olduğun bildirən qərargah rəsmisi İŞİD-in heç vaxt İran sərhədlərinə yaxınlaşa bilməyəcəyini deyib(Axar.az)

COMMENTS