1100 nəfər İŞİD üzvü Suriyadakı türk torpağı olan Süleyman şah türbəsinin ətrafını mühasirəyə alıb.
Axar.az xəbər verir ki, Türkiyənin öz sərhədləri xaricindəki yeganə türk torpağı olan Süleyman şah türbəsi İŞİD-in nəzarəti altına alınıb. Bölgədəki ərəb tayfa liderlərindən alınan məlumata görə, İŞİD dünən gecə saatlarında 1100 nəfər döyüşçüsünü 36 türk əsgərinin keşik çəkdiyi türbənin ətrafına yerləşdirib.
İŞİD-in yaxın vaxtlarda türbəyə hücum edəcəyi və 36 türk əsgərini əsir götürəcəyi ehtimalı da istisna deyil.
Qeyd edək ki, bu türbə Türkiyə tərəfi üçün simvolik və strateji bir əhəmiyyətə malikdir.
COMMENTS