İŞİD 300 kəndi PKK-ya təhvil verdi – Sensasion faktlar

Suriyanın Hələb şəhərində yerləşən 300 kəndi döyüşmədən PKK-nın Suriya qoluna təhvil verən İŞİD müxaliflərdən aldığı bölgələri də Əsədə verib.

Avropa.info xəbər verir ki, Hələbin 300 kəndini PKK-nın Suriya qolu olan YPG-yə verən İŞİD Tel Khrah, Tel Suvsin, Kəfər Tunə, Keər Karis və Fain kimi əraziləri Əsədə verib.

Suriyada İŞİD ilə YPG-nin bölgədə bir-birini tamamlaması diqqətdən kənarda qalmır. Xüsusilə Şanlıurfa vilayətinin qarşı tərəfində yerləşən Tel Əbyad şəhərinin keçən iyun ayında ABŞ təyyarələrinin bombardımanı nəticəsində İŞİD tərəfindən YPG-yə təslim edilməsi sözügedən iddiaları daha da dəstəkləyir. Buna bənzər bir hadisə isə bu dəfə Hələbdə səhnələşdirilib.

“Haber 7”-nin xəbərinə görə İŞİD müxaliflərdən aldığı Tel Khrah, Tel Suvsin, Kəfər Tunə, Keər Karis və Fain kimi əraziləri Əsədə verib.

Suriyadakı yerli mənbələr bildirir ki, İŞİD bu bölgələrdən hər hansı bir qarşıdurma olmadan geri çəkilərək əraziləri Əsəd tərəfdarlarına verib.

Bu kənd və rayonlar əvvəl də Əsəd güclərinin havadan müxalifləri bombardman etməsi nəticəsində İŞİD-in nəzarətinə keçmişdi.

Suriyanın 3-ə bölünmə planının ilk addımı olaraq ölkənin şimal bölgələrində qurulacağı ifadə edilən “Kürd dəhlizi”-nin də İŞİD-ABŞ və YPG-nin təşəbbüsü ilə həyata keçiriləcəyini söyləyən Suriya müxalifəti bildirir ki, əvvəlcə İŞİD Azad Suriya Ordusuna hücum edərək müxaliflərin əllərində olan bölgələrə yerləşir, daha sonra isə ABŞ-ın havadan bombardmanı nəticəsində İŞDİ bu bölgələri YPG-yə təslim edir.

ABŞ-ın bombardman edəcəyi bölgələrin koordinatlarının YPG tərəfindən hərbi koalisiya mərkəzinə verildiyi heç kəsə gizlin deyil.

Sadəcə keçən iyun ayında Hələbin şimal bölgələrində bu üsulla bir həftədə 300 kənd və qəsəbə YPG-nin əlinə keçmişdi. Tel Əbyad, Sülük, Hammamtürkmən və Zerbagiye kimi bölgələri buna misal göstərmək olar.

“Amnesty İnternational”-ın hazırladığı bir hesabatda YPG-nin ələ keçirdiyi bölgələri istifadəyə yararsız hala saldığı və yerli əhalinin zorla yurd-yuvalarından didərgin saldığı bildirilir.

COMMENTS