“İŞİD ABŞ-ı havaya uçuracaq”

İraqın Baş naziri Heydər Əl-Abadi İŞİD-in ABŞ və Fransada terror aktları təşkil edəcəyini açıqlayıb.

 

Baş nazir bu qənaətə aparılan araşdırmalardan sonra gəlindiyini deyib:

“Araşdırmalar zamanı məlum oldu ki, terrorçular ABŞ və Fransanın müxtəlif şəhərlərində terror aktı təşkil etməyi planlaşdırır. Bu partlayışların əsasən metrolarda ola biləcəyini düşünürük”.

Nyu Yorkda BMT Baş Assambleyasında çıxış edən Abadi bu məlumatların İraq xüsusi xidmət orqanları tərəfindən əldə edildiyini açıqlayıb:

“Bu plan İraqda fəaliyyət göstərən terrorçular tərəfindən hazırlanıb. Ona görə də xüsusi xidmət orqanları üçün bu məlumatları əldə etmək o qədər də çətin olmadı. Məlumatların doğruluğundan əmin ola bilərsiniz”.

Xatırladaq ki, Baş nazirin bu qorxunc xəbərdarlığından sonra rəsmi Vaşinqton araşdırma aparıldığını, lakin ölkə ərazisində hər hansı bir təhlükənin olmadığını bildirib (axar.az).

COMMENTS