İŞİD terrorçu qruplaşmanın tərəfdarı olan bir kanadalı bəyan edib ki, onların təşkilatı artıq ABŞ və Fransada, daha dəqiqi, Nyu-Yorkda və Parisdə terror aktları və hücumlara hazırlaşır. Musavat.com-un məlumatına görə, bu barədə “NY Daily News” nəşri xəbər yayıb.
Onun sözlərinə görə, Qərbdə terrorçu qruplaşmanın minlərlə tərəfdarı var və onlar artıq Ağ Evə hücuma hazırlaşırlar. Hücumdan sonra isə orada “qara bayraq” asmağı vəd ediblər.
Xatırladaq ki, terror təşkilatı tərəfindən bu cür xəbərdarlıqlar xüsusən də koalisiya qüvvələri tərəfindən İŞİD-ə endirilən hava zərbələrinin artması fonunda intensivləşib.
Musavat.com
COMMENTS