İŞİD Azərbaycanı “əyaləti” elan etdi

Terror təşkilatının hazırladığı xəritədə ölkəmizin də adı var

 

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı İraqın yarısını, eləcə də Suriyanın bir qismini ələ keçirərək, Rakka şəhərini özünə paytaxt etməklə, yeni dövlət yaratdığını elan edib. JAM.AZ xəbər verir ki, artıq pasportunu və pulunu da buraxan İŞİD, həmçinin ölkənin sərhədlərini böyüdəcəyini də bəyanlayıb.

Dünən yayılmış xəritədə qeyd olunan dövlətlərə diqqət etdikdə məlum olur ki, İŞİD-in hədəfində təkcə Yaxın Şərq yox, həm də Qafqaz da var. Xüsusən də Azərbaycan önəmli yerlərdən birini tutur. JAM.AZ xəbər verir ki, İŞİD-in yeni xəritəsində Azərbaycan əraziləri “Xilafət”in əyalətlərindən biri kimi göstərilib. Şimali Qafqazın bir qismini əhatə edən xəritədə Gürcüstanın da adı var.

Xatırladaq ki, Azərbaycanın adının İŞİD-in hədəfinə düşməsinin səbəbi xeyli sayda vəhhabinin Suriyaya ölkəmizdən döyüşməyə getməsi ilə bağlıdır. Həmçinin hazırda terror təşkilatında bir neçə önəmli komandirlər də var.

COMMENTS