İŞİD Azərbaycanın gəlirinə necə təsir edə bilər?

“İraq və Şam İslam Dövləti” terror qruplaşmasının neft bazarına müdaxiləsinin Azərbaycana birbaşa təsiri yoxdur”.

Bunu Axar.az-a açıqlamasında iqtisadçı-ekspert Qadir İbrahimli bildirdi. Ekspertin sözlərinə görə, Azərbaycan nefti bəlli marşrut üzrə Avropaya nəql olunur. Q.İbrahimlinin fikrincə, İŞİD neft bazarını tamamilə ələ keçirsə, Azərbaycana dolayısı ilə təsirləri olacaq:

“İŞİD-in nəzarət etdiyi ərazilərdə kifayət qədər neft resursları var. Bu qruplaşma daha çox neft ehtiyatlarına sahiblənməyə can atır. Əgər İŞİD-in müdaxiləsi nəticəsində neft bazarında qiymət ucuzlaşsa, Azərbaycana dolayısı ilə təsir edə bilər. İŞİD neft bazarına tamamilə müdaxilə etsə, qiymətlər sabit qalmayacaq. Ancaq neftin dünya bazarında bahalaşması Azərbaycan üçün pozitiv hadisə olar. Çünki bu halda ölkənin gəlirləri artacaq”.

Bununla belə, ekspert ABŞ və Qərb dövlətlərinin İŞİD-ə bu dərəcədə imkan verəcəyini düşünmür: “Bu, Qərbin maraqlarına uyğun deyil”.

COMMENTS